Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qlobal çap qurğuları bazarında azalma qeydə alınıb
2013-cü ilin birinci rübündə 25.8 milyon çap qurğusu (hardcopy peripherals, HCP) tədarük edilib ki, nəticədə bazarın həcmi ədədi ifadədə 9,7% azalıb. Sözügedən seqmentdə gəlir 5,7% azalaraq 14,3 milyard ABŞ dolları olub.
Ekspertlər qeyd ediblər ki, çap qurğuları bazarında rəngli lazer seqmenti daha yaxşı dinamika nümayiş etdirib. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə onların tədarük həcmi 3,2% artıb. Ağ-qara rəngli lazer modelləri seqmentində 0,9% artım müşahidə olunub.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, lakin şırnaqlı texnika əvvəlki kimi böyük seqment olaraq qalır. 2013-cü ilin birinci rübündə onun bazar payı 50% təşkil edib. Ötən ilin son rübündə 15 milyondan çox şırnaqlı çap qurğusu tədarük olunub. Aparıcı istehsalçılar sırasında “HP” liderdir.
Emil Hüseynov
17/05/13 Çap et