Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ətirlərin yayılması üçün qurğu təqdim edilib
“ChatPerf” şirkətinin hazırladığı aparat və proqram təminatı dəsti ətirləri smartfon vasitəsilə yaymağa imkan verəcək. “ICTnews.az” elektron xəbər xidməti “http://telegraf.com.ua” saytına istinadən bildirir ki, yığcam cihaz “Android” və ya “iOS” platformaları ilə işləyən qurğuya qoşulur.
Ətir sözügedən qurğunun daxilində maye şəklindədir. Yeniliyi zəngli saat, yoqa ilə məşğuliyyət üçün kompleksdə istifadə etmək planlaşdırılır. Hazırda qurğu prototip mərhələsindədir.
Emil Hüseynov
17/05/13 Çap et