Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq haker qrupunun üzvləri həbs edilib


London Kral Məhkəməsinin bu gün çıxartdığı hökmə əsasən, "Lulz Security” beynəlxalq haker qrupunun dörd üzvü dövlət qurumları və ictimai təşkilatların serverlərinə dəfələrlə hücum həyata keçirdiklərinə görə həbs ediliblər.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, məhkumlardan ən kiçiyi 18, böyüyü isə 26 yaşındadır. Onların hər biri günahlarını etiraf ediblər. Cinayətkar qrupun lideri 21 yaşlı Rayan Kliri 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Emil Hüseynov




17/05/13    Çap et