Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda kiberhücumların qarşısının alınması üçün qüvvələr səfərbər olunmalıdır


Azərbaycanda kiberhücumların və qeyri-qanuni müdaxilələrin qarşısının alınması üçün bütün qüvvələr səfərbər olunmalıdır.

Mili Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bu gün Bakıda keçirilən “İnformasiya təhlükəsizliyi problemləri” I Respublika elmi-praktiki konfransında çıxışı zamanı bildirib ki, kiber təhlükəsizliyi strateji məsələyə çevrilib. Hazırda bu bütün bəşəriyyəti narahat edən məsələdir. Ölkədənin təhlükəsiz informasiya cəmiyyəti yaratmağımız vacibdir. Bunun üçün də ölkədə çox uğurla işlər aparılır.

A.Əlizadə müasir dövrdə cəmiyyətin, o cümlədən dövlətin və əhalinin informasiyadan asılılığının get-gedə artıdığını, kibertəhlükəsizliyin təminin strateji məsələyə çevrildiyini vurğulayıb. O, informasiya resurslarının dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin təmin olunmasının zəruriliyini ifadə edib və bildirib ki, hər bir dövlətin maraqları yalnız coğrafi məkanda deyil, virtual aləmdə də qorunmalıdır: “Təhlükəsiz informasiya cəmiyyətinin yaradılmasına çalışmaq, informasiya resurslarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumların və qeyri-qanuni müdaxilələrin qarşısının alınması üçün bütün qüvvələr səfərbər etmək vacib məsələlərdəndir.”

AMEA prezidenti informasiya təhlükəsizliyi problemlərinin araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının qarşısındaa duran başlıca vəzifələrdən danışıb, alim və mütəxəssislərin bu sahədə elmi nailiyyətlərinin təbliği, bilik və təcrübə mübadiləsinin aparılması baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O deyib ki, elektron vətəndaş cəmiyyətinin formalaşmasında qarşıya qoyulmuş hədəflərə çatmaq üçün dövlət qurumları, hüquq-mühafizə orqanları, alimlər, biznes sektorunun birgə çalışmaları zəruridir:

"Bu il Prezident İlham Əliyev tərəfindən "İKT İli" elan olunması ilə bağlı Tədbirlər Planı təsdiq edilib. İnformasiya Texnalogiyaları ilində AMEA-a bu sahəninin inkişafına böyük diqqət yetirəcək."




17/05/13    Çap et