Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kibertəhlükəsizlik Cenevrə Forumunun əsas müzakirə məsələlərindən biri olub
İsveçrənin Cenevrə şəhərində keçirilmiş Telekommunikasiya/İKT sahəsində 5-ci Ümumdünya Siyasi Forumunun gündəliyində kibertəhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılıb.
“ICTnews.az” elektron xəbər xidməti “http://www.unmultimedia.org” saytına istinadən bildirir ki, kibercinayətkarların fəaliyyəti nəticəsində dəymiş illik iqtisadi zərərin həcmi 100 milyard dollar təşkil edir. Forumun təşkilatçısı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Ture bəyan edib ki, virtual məkanda təhlükəsizliyin təmin olunmasında əsas məsələ inamdır və forum nümayəndələrini "etibar mədəniyyəti" yaratmağa səsləyib.
Yüksəksəviyyəli dialoq iştirakçıları beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün zəruri strategiya və tədbirləri müəyyənləşdirmək niyyətindədirlər. Birgə layihələrə kibertəhlükəsizlik indeksinin yaradılması haqqında BTİ ilə “ABI Research” şirkəti arasında imzalanmış sazişi nümunə göstərmək olar.
İndeks İttifaq üzvləri arasında virtual təhdidlər haqqında informasiya mübadiləsində kömək edəcək.
Emil Hüseynov
17/05/13 Çap et