Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İtaliyada "Anonimus" haker qrupunun dörd iştirakçısı həbs edilib


İtaliya poçt polisi "Anonimus" haker qrupunun fəaliyyətinin araşdırılması zamanı sözügedən qrupun güman edilən üzvlərinin mənzillərində axtarış aparıb.

Nəticədə dörd nəfər həbs edilib. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, onlara qarşı dövlət maraqları əleyhinə informatika sahəsində törədilmiş cinayətlərlə bağlı ittiham irəli sürülüb.

İtaliya poçt polisi xüsusi bölmədir və informatika və internet sahəsində cinayətlərin araşdırılması, həmçinin onun vəzifəsinə daxildir.

Emil Hüseynov




17/05/13    Çap et