Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir : «Azərbaycanda internetin qiymətləri orta əmək haqqının 2%-ni təşkil edir»
«Azərbaycanda internetin qiymətləri orta əmək haqqının təxminən 2%-ni təşkil edir ki, bu da olduqca müsbət göstəricidir».
Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Azərbaycanda internetin qiymətləri kifayət qədər qəbul olunandır:
«Azərbaycanda internetin qiymətləri orta əmək haqqının təxminən 2%-ni təşkil edir ki, bu da olduqca yaxşı göstəricidir. Bu yaxınlarda Ümumdünya İqtisadi Forumu özünün qlobal hesabatında ölkələr üçün internetin inkişaf reytinqini açıqlayıb. Bu göstərici üzrə Azərbaycan dünyada 20-ci yerdə qərarlaşıb. Yəni, bu onu göstərir ki, ölkədə internet xidmətləri olduqca əlçatanlıdır».
17/05/13 Çap et