Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Milli Elmlər Akademiyası “İKT ili” çərçivəsində distant təhsili inkişaf etdirmək niyyətindədir


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) "İKT ili" ilə bağlı Tədbirlər Planı çərçivəsində distant təhsilin inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi nəzərdə tutulur.

İTİ-nin direktoru Rasim Əliquliyevin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, AMEA-nın Gəncə bölməsinin və həmin bölgədə yerləşən digər elm və təhsil müəssisələrinin doktorant və dissertantlarına "İnformatika" fənninin tədrisi üçün Distant Tədris Mərkəzinin yaradılması planlaşdırılır.

"Tədbirlər planı çərçivəsində İKT üzrə onlayn distant tədris kurslarının yaradılması və vətəndaşların biliklərinin sertifikatlaşdırılması işlərinin həyata keçirilməsi, AMEA-nın Naxçıvan bölməsində və Naxçıvan Dövlət Universitetində Distant Tədris Mərkəzinin yaradılması və lazımi texniki avadanlıq və proqram məhsulları ilə təminatı, "AzScienceNet" şəbəkəsi əsasında "İnformatika" fənninin onlayn tədrisinin təşkili nəzərdə tutulur",- deyə R. Əliquliyev bildirib.

Aynur Vəliyeva




18/05/13    Çap et