Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Aprel ayında 3, ümumilikdə isə 111 qanunvericilik aktının layihəsi icazələrin elektron informasiya portalında yerləşdirilib
İqtisadi İnkişaf Nazirliyi tərəfindən icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış "www.icazeler.gov.az" portalını aprel ayında 13400-ə yaxın internet istifadəçisi ziyarət edib.
İnternet istifadəçilərinin 180-ə yaxını Almaniya, Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Ukrayna, Çexiya, Özbəkistan, Kanada, Belçika, Gürcüstan və Fransadan olub. Nazirlikdən verilən məlumata görə, ay ərzində ölkə xaricindən daxil olmuş müraciətlər arasında Qərbi Avropa ölkələri üstünlük təşkil edib.
Ümumilikdə indiyədək portalın fəaliyyətindən 130 mindən çox internet istifadəçisi yararlanıb. Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir.
Aprel ayında 3, ümumilikdə isə 111 qanunvericilik aktının layihəsinin icazələrin elektron informasiya portalında yerləşdirilməsi təmin edilib.
HƏQİQƏT
18/05/13 Çap et