Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq İT konsalter rəqəmli marketinq üçün alətlər üzrə ixtisaslaşmış şirkəti satın alıb


Ötən həftənin cümə günü iri beynəlxalq İT konsalter "Accenture" rəqəmli marketinq üçün alətlər üzrə ixtisaslaşmış "Acquity Group" şirkətini 316 milyon dollara satın alıb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Accenture"-dən verilən məlumata əsasən, sözügedən satınalma şirkətin marketinq və onlayn-marketinq seqmentində satışlarının həcminin artmasına kömək edəcək.

Qeyd edək ki, 2012-ci ildə "Acquity" şirkətinin dövriyyəsi 141 milyon dollar təşkil edib və onun qərargahı Honkonqda yerləşir.

Emil Hüseynov




20/05/13    Çap et