Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Filateliyanın inkişafında innovasiya ”
Ümumdünya Poçt İttifaqının dəstəyi ilə Moskvada “Filateliyanın inkişafında innovasiya ” mövzusunda seminar keçirilib. Seminarda MDB ölkələri ilə yanaşı, Fransa, Polşa, Bolqarıstan, Slovakiya ölkələrinin nümayəndələri iştirak edib. Bu mötəbər tədbirdə ölkəmizi “Azərmarka” şirkətinin prezidenti İntiqam Bağırlı təmsil edib. Seminarda gənclərin filateliya sahəsinə cəlb edilməsi, bu sahədə əldə edilən uğurlar və digər dövlətlərin təcrübəsi müzakirə mövzusu olub. Ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb.
02/06/11 Çap et