Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələcəkdə insanlar paltar geyinməyəcək (VİDEO)


İspan dizayneri Manel Torres nəinki moda aləmində, ümumilikdə yeni həllər və tətbiqlər sahəsində yeniliyə imza atıb. Londonda İmperiya kolleci və Kral İncəsənət Kollecinin alimləri, o cümlədən kollecin dispers məhsullar texnologiyası üzrə professoru Pol Lakhemlə birlikdə əməkdaşlıq çərçivəsində dizayner yeni geyim texnologiyasının tətbiqinə nail olub.

Onların birgə səyi ilə hazırlanan yeni geyim adət etdiyimiz tekstil məhsullarına ehtiyacı və tələbatı aradan qaldırıb. Belə ki, Manel Torresin həmmüəllifi olduğu geyimi cəmi 10 dəqiqə ərzində maye texnologiyası ilə - spreylə hazırlamaq mümkündür. Sprey-geyimin əynindən çıxarılaraq, yenidən geyinilməsi, hətta təkrar yuyularaq istifadə edilməsi mümkündür. İxtiraçılar bu icadın- "Fabrican" sprey-parçasının üzərində 10 ildən artıq müddətə çalışdıqlarını deyiblər.

Spreyin tərkibi maye halının saxlanması üçün pambıq lifləri, polimer kimi həlledicilərin qarışığından ibarətdir. Yeni texnologiyaların yaradıcıları spreyin bir çox sahələrdə, o cümlədən mebellərin üz örtüklərində, tibb sahəsində isə bint və qips sarğılarda istifadəsini də təklif edirlər.

Sprey qutular tezliklə Böyük Britaniya mağazalarında satışa çıxarılacaq və ümumi dəyəri 8 funt olacaq. Hələlik hazırlanan material mükəmməllikdən bir qədər uzaq olsa da, yaradıcıları "Fabrican"ı gələcəyin əsas geyim texnologiyası kimi görürlər.

Qeyd edək ki, geyim ilk dəfə Londonda Moda sərgisində nümayiş edilib.





HƏQİQƏT




20/05/13    Çap et