Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rəngini dəyişən yapışqan yaradılıb
Yaponiyanın "Kokuyo S&T" şirkətinin hazırladığı yapışqan ilkin olaraq qırmızı rəngdədir, lakin yapışdırmadan sonra şəffaf olur.
Yapışqanın rəngli olması sayəsində istifadəçilər detala vuracaqları yapışqanın miqdarını təyin edirlər. Yeni yapışqan artıq bu il mayın sonunda bazara çıxarılacaq.
"ICTnews.az" elektron xəbər xidməti "http://zhelezyaka.com" saytına istinadən bildirir ki, "Kokuyo S&T" şirkətini belə yapışqan hazırlamağa insanların çoxsaylı şikayətləri məcbur edib.
Belə ki ənənəvi yapışqan şəffaf olduğundan, bəzən ondan artıq istifadə edilir. Yeni yapışqan işığa reaksiya verir. Quruma prosesindən 10-20 dəqiqə sonra o, tamamilə şəffaf olur.
Emil Hüseynov
20/05/13 Çap et