Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda «Elektron Hökumət və elektron xidmətlər, həllər və problemlər» mövzusunda beynəlxalq konfrans keçiriləcək
Azərbaycanda informasiya kommunikasiya texnalogiyalarının daha da geniş formada təşviq edilməsi və elektron xidmətlərin genişləndirilməsi istiqamətində növbəti beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyi tərəfindən keçiriləcək tədbir «Elektron Hökumət və elektron xidmətlər, həllər və problemlər» mövzusuna həsr olunacaq. Beynəlxalq kronfransın Bakıda bu ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, adıçəkilən konfransın keçirilməsi Azərbaycan Respublikasında 2013-cü ilin «İnformasiya kommunikasiya texnologiyaları ili» elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyi üzrə təsdiq edilmiş tədbirlər planında əks olunub.
SEYMUR
20/05/13 Çap et