Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-də domen adlarının qeydiyyatının tənzimlənməsi ilə bağlı təkliflər hazırlanır


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN)tərəfindən domen adlarının qeydiyyatının tənzimlənməsi ilə bağlı təkliflər hazırlanır.

Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, təkliflərdə domen adlarının qeydiyyatının tənzimləmə, domen adlarının onlayn qeydiyyatı və digər məsələlər öz əksini tapacaq.

Şöbədən o da qeyd edilib ki, sözügedən təkliflər Azərbaycan Respublikasında 2013-cü ilin «İnformasiya kommunikasiya texnologiyaları ili» elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyi üzrə təsdiq edilmiş Tədbirlər Planının icrası məqsədi ilə hazırlanır.

SEYMUR




20/05/13    Çap et