Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və kommunal xidmət haqlarının internet üzərindən ödənilməsi sadələşdi


Artıq vaxta qənaət etməklə, internet şəbəkəsi açıq olan istənilən yerdən rabitə və kommunal xidmət haqlarının internet üzərindən ödənilməsi mümkündür.

Bunun üçün “www.e-gov.az” Elektron Xidmətlər Portalına daxil olub, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlər siyahısından “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətin adını seçməlisiniz.

Açılan formanın içində vətəndaşa və ya başqa adama məxsus olan şəhərdaxili telefon nömrəsini daxil etdikdən sonra, müxtəlif xidmətlər üçün olan borcları internet üzərindən ödəyə bilər.

Bu linkə daxil olmaqla sözü gedən xidmətdən yararlanmaq mümkündür:

HƏQİQƏT




20/05/13    Çap et