Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” şirkəti vergidən yayınmaqda ittiham edilib
"Google" şirkətinin Böyük Britaniyada yerləşən bölməsinin sabiq əməkdaşı Barni Cons keçmiş işəgötürənini vergidən yayınmaqda ittiham edib. O iddia edir ki, dünyanın ən böyük axtarış sistemi Britaniya vergi ödəyicilərini aldadıb və sözügedən ölkənin büdcəsi yüz milyonlarla funt-sterlinqdən məhrum olub.
"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, 2002-2006-cı illər ərzində internet nəhəngində işləmiş Consun sözlərinə görə, "Google" ödənişlərdən azad olmaq üçün mürəkkəb sxem fikirləşib.
O izah edib ki, bütün iri reklam sazişləri Londonda deyil, Dublində (İrlandiya) bağlanıb və orada korporativ gəlir vergisi təxminən iki dəfə aşağıdır.
Bundan sonra bütün vəsait Bermud adalarındakı offşora köçürülüb. Cons vurğulayıb ki, vergi və gömrük rüsumları üzrə Kral xidmətinə onun sözlərini təsdiqləyən 100 mindən çox elektron məktub təqdim etməyə hazırlaşır.
Emil Hüseynov
20/05/13 Çap et