Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vətəndaşlar Ədliyyə Nazirliyinin elektron xidmətlər portalı vasitəsilə qəbula yazıla bilərlər


Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən mayın 24-də Lənkəran şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə adıçəkilən nazirliyin məlumatında deyilir.

Eyni zamanda, bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Lənkəran regional ədliyyə şöbəsi (telefonu: (02171) 4-26-72; 050-331-18-81; Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi 15), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və "contact@justice.gov.az" elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Qeyd edək ki, qəbulda Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Lənkəran rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.

CAHANGİR




20/05/13    Çap et