Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Hesab.az” portalında “Unibank” kreditlərini onlayn ödəmək imkanı yaradılıb
Artıq “Unibank”dakı istehlak, o cümlədən ipoteka və avtomobil kreditlərini bir anda “Hesab.az” portalında onlayn ödəmək mümkündür.
“ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, istifadəçilər portal vasitəsilə kredit tarixçəsini daima izləyə, PİN və kredit müqaviləsinin nömrəsini yaddaşda saxlaya, hər bir manata 10 bonus xalı qazana bilərlər.
Bütün bunlar üçün balansında kifayət qədər vəsaiti olan istənilən banka məxsus plastik kart kifayətdir.
Qeyd edək ki, hər bir ödəmə istifadəçinin telefon nömrəsinə göndərilən SMS-lə təsdiqlənir.
CAHANGİR
20/05/13 Çap et