Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
GUAM informasiya texnologiyaları üzrə görüş keçirib
GUAM-ın üzvü olan dövlətlərin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) gömrük orqanlarının informasiya texnologiyaları üzrə departamentlərinin rəhbərlərinin görüşü keçirilib.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə GUAM-ın rəsmi internet səhifəsində (http://guam-organization.org/node) informasiya yayılıb. Xəbərdə bildirilir ki, görüş zamanı iştirakçılar üzv dövlətlər arasına aparılan ticarət, daşınan mallar və nəqliyyat vasitələri haqqında danışıqlar aparıblar. Bu istiqamətdə imzalanacaq protokolun layihəsini müzakirə ediblər.
Eləcə də sözügedən protokolun maddələrinin üzv dövlətlər tərəfindən dərindən araşdırılması, ölkədaxili qaydalara uyğunlaşdırılması və yenidən GUAM-a göndərilməsi ilə bağlı razılıq əldə olunub.
SEYMUR
21/05/13 Çap et