Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ukrayna rəqəmli televiziya yayımına planlaşdırılmış vaxtdan tez keçə bilər
“ZN.UA” resursunun xəbərinə əsasən, Ukraynada rəqəmli televiziyaya keçid planlaşdırılmış müddətdən tez baş verəcək.
“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, belə ki, Ukraynanın Televiziya və radioyayım məsələləri üzrə milli şurasının direktoru Vladimir Manjosovun proqnozuna əsasən, Ukrayna rəqəmli yayıma planlaşdırılmış müddətdən tez keçə bilər.
O xatırladıb ki, "Cenevrə-2006" adlanan beynəlxalq sazişə uyğun olaraq, analoq televiziyadan rəqəmli yayıma tam keçid müddəti 2015-ci ilin iyuluna nəzərdə tutulub.
Lakin Manjosovun sözlərinə görə, hazırda ukraynalıların 95%-i artıq 32 rəqəmli kanala baxmaq imkanına malikdir və onların 28-i milli və 4-ü regional telekanaldır.
O, həmçinin hesab edir ki, ukraynalıların zəruri texnika ilə təmin edilməsi rəqəmli televiziyaya keçid üçün əsas problemdir.
Emil Hüseynov
21/05/13 Çap et