Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan bank kartlarına internet vasitəsilə Rusiya bank kartlarından pulköçürmələr həyata keçiriləcək
Rusiyanın “Alfa Bank”ı beynəlxalq “Kartdan-karta köçürmələr” etmək xidmətini təqdim edib.
“ICTnews” xəbər xidmətinin bankın rəsmi məlumatına əsasən, bankın müştəriləri nəinki Rusiya banklarının “Visa/MasterCard” kartları ilə pul köçürmək imkanı əldə ediblər, onlar həmçinin Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və s. ölkələrin banklarının emissiya etdiyi kartlarla pul köçürmək imkanı verir.
İstənilən ölkədə yaşayan kart sahibi digər ölkədə yaşayan yaxınlarına pul göndərə bilər, bunun üçün vəsaiti alanın bank kartının nömrəsini bilmək kifayətdir. Pulları, evdən çıxmadan, “Alfa Bank”ın (alfabank.ru/perevod) saytından göndərmək mümkündür.
Göndərilən pulu əldə etmək üçün banka getməyə ehtiyac yoxdur, köçürülən vəsait avtomatik kart hesabına yüklənir. Pulköçürmələr rus rublu və ABŞ dolları ilə həyata keçirilir. Bir pulköçürmənin maksimal həcmi 75 min rubldan (2,5 min dollar) çox olmamalıdır.
Pulköçürmə kartın hesabına bir neçə saniyədən bir neçə günədək yüklənə bilər, bu, pulu qəbul edən bankın texniki təchizatından asılıdır.
Aynur Vəliyeva
21/05/13 Çap et