Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda ilk dəfə qlobal “Startup Weekend” tədbiri keçiriləcək
7-9 iyun tarixlərində Bakıda qlobal "Startup Weekend" tədbiri keçiriləcək. Tədbir çərçivəsində sahibkarlar, startap müəllifləri, marketoloqlar, dizaynerlər və proqramçılardan ibarət komandalar innovasiyalara əsaslanaraq jüri qarşısında müxtəlif prezentasiyalar keçirəcəklər.
İKT İnformasiya Mərkəzindən bildirilib ki, tədbirdə iştirak edən hər bir komandanın məqsədi üç gün ərzində işlək startap hazırlayıb onu təqdim etməkdən ibarətdir. Prosesin səmərəliliyinin artırılması məqsədilə iştirakçılar "mentor" statuslu peşəkarlar tərəfindən istiqamətləndiriləcəklər.
Tədbir "Baku Startup Weekend", qlobal "Startup Weekend" forumu və digər sponsorların müstəqil mütəxəssislərinin dəstəyilə keçirilir. Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək və biletlər almaq lazımdır. "Startup Weekend" tədbiri 2007-ci ildən 107-dən çox ölkədə keçirilir. İştirakçıların ümumi sayı artıq 100.000-i ötmüşdür.
Tədbirin nəticəsində dünyanın müxtəlif ölkələrində yaradılmış 1000-dən çox şirkət hazırda da uğurla fəaliyyət göstərməkdədir.
HƏQİQƏT
21/05/13 Çap et