Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda korporativ seqment üçün təhlükəsizlik texnologiyaları mövzusunda seminar keçirilib


Bakıda "R.I.S.K." və "Headtechnology Azerbaijan" şirkətlərinin təşkilatçılığı ilə "Korporativ seqment üçün təhlükəsizlik texnologiyaları" mövzusunda seminar keçirilib.

"Headtechnology Azerbaijan" şirkətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, seminar çərçivəsində "SpectorSoft", "Lumension", "Centrify" və "Cisco" şirkətlərinin həlləri müzakirə edilib.

Tədbir çərçivəsində - "Lumension Endpoint Management and Security Suite" vahid platformada informasiya təhlükəsizliyi və informasiya bazalarına kompleks yanaşma, "Centrify həlləri" üzərində qurulmuş mərkəzləşdirilmiş idarəetmə, kross-platformalı sistemlərə, mobil qurğulara və əlavələrə təhlükəsiz çıxış və nəzarət, "Spector 360" həlli vasitəsilə istifadəçilərin və administratorların aktivliyinin monitorinqi ətrafında müzakirələr aparılıb.

Aynur Vəliyeva




21/05/13    Çap et