Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy S III” əməliyyat sistemini yeniləyir


"Samsung Galaxy SIII" qurğusunun sonda "Android 4.2.2" yenilənməsini əldə edəcəyi bildirilib.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu əməliyyat sistemi "Galaxy S4" üçün standartdır, lakin" Galaxy S3"-də bundan köhnə versiya istifadə edilirdi və müvafiq yenilənmənin hazırlanması haqda məlumat verilmirdi.

Yenilənmə şirkət tərəfindən smartfonların mobil operatorlardan azad şəkildə satılan beynəlxalq versiyaları üçün hazırlanır.

Nəşr bildirir ki, yeni versiyada öncə "S4"-də olan müxtəlif imkanlar mövcuddur, onların arasında yeni vijetləri, fotonun redaktə edilməsinin dəstəklənməsi, telefonun baxışla açmaq imkanını qeyd etmək olar. Yenilənmə eyni zamanda yeni "Adapt Display" ekran rejiminə daxildir.

Əlavə olaraq "Android 4.2.2" "Galaxy SIII"ə "S-Voice" funksionallığını dəstəkləməyə və bir sıra digər öncə olmayan funksiyalardan istifadə etmək imkanını verir.

Aynur Vəliyeva




21/05/13    Çap et