Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” axtarış sistemi “Flickr” fotohostinqinin yeni versiyasını buraxıb


“Yahoo!” şirkəti yenilənmiş “Flikr” fotohostinqini anons edib. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, yeni “Flickr” – 21-ci əsrə müvafiq olan həldir, yeni dizaynlı, kommersiya istifadəsi üçün yeni qiymətli və smartfonlar və planşetlər vasitəsilə işləmək üçün nəzərdə tutulmuş yeni “Android”-əlavəyə malikdir.

Yenilənmiş “Flikr”də, foto kataloqlarının icmalı üçün nəzərdə tutulmuş, “Explore” rejimi var. Şirkətdən bildiriblər ki, “Flickr” ilk növbədə - fotomübadilə üçün saytdır, buna görə də hər şey bu ideyaya tabe olmalıdır. “Yahoo!”-nun yeni versiyasında kolleksiyaların icmalı və onların çeşidlərə ayrılması imkanları əlavə edilib.

Bununla yanaşı, şirkət öncəkilərlə layihənin iş modelinin müqayisəedilməz yeni qiymət modelini təqdim edib. Köhnə modeldə iki istiqamət olub: pulsuz və Pro. Birincisi, cüzi 300 meqabayt və ayda iki video ilə məhdudlaşdırılmışdır. İldə cəmi 25 dollara ayda qeyri-məhdud sayda foto və video əldə etmək olar, həmçinin reklamsız iş imkanı.

Yeni versiyada pulsuz akkauntlar xeyli liberaldırlar: burada istifadəçilər 1 Tbite məkan və qeyri-məhdud sayda foto və video alırlar. Bununla yanaşı, “Yahoo!” şirkəti “Flickr” üçün yeni “Android”- əlavə versiyasını təqdim edib.

Aynur Vəliyeva




21/05/13    Çap et