Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar dünya bazarında 3-cü yerdə qərarlaşıb


İnformasiya texnologiyaları sektorunun ən iri analitik şirkətlərindən olan "International Data Corporation" (İDC) 2013-cü ilin birinci rübü üzrə hesabat dərc edib.

"MobiTel"dən verilən məlumata görə, "Windows Phone" mobil əməliyyat sistemi (ƏS) "BlackBerry" ƏS-ni geridə qoyaraq proqram təminatı bazarında üçüncü yerdə qərarlaşıb.

"Windows Phone"-nun yeni platforma olmasına və güclü rəqiblərə baxmayaraq, bu əməliyyat sistemi qısa müddət ərzində çox böyük nailiyyət əldə edə bilib.

Belə ki, cari ilin birinci rübündə 7 milyon "Windows Phone" smartfonu satışa çıxarılıb ki, bu da bazarın 3.2%-ni təşkil edib. İl ərzində platformanın artımı 133.3% təşkil edib.

RƏVAN




21/05/13    Çap et