Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Britaniyalıların 94 faizi telefona görə zövq almaqdan imtina etməyə hazırdırlar
“Britaniyalıların təxminən 66%-i öz həyatlarını mobil telefonsuz təsəvvür etmirlər. 53%-i britaniyalı isə telefondan asılı olduğunu etiraf edib”. 2500-dən çox insan arasında sorğu keçirmiş “Mobileinsurance” şirkətinin ekspertləri bu qənaətə gəliblər.
Rəyi soruşulanların 94%-i deyib ki, onlar mobil telefona görə 1 həftə cinsi əlaqədən imtina etməyə hazırdırlar.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, sorğu nəticəsində, həmçinin məlum olub ki, britaniyalıların 71%-i mobil telefona görə 1 həftə avtomobildən, 23%-i insanlarla münasibətdən imtina etməyə hazırdırlar.
Cəmi 1% isə deyib ki, mobil telefon onlar üçün xüsusi əhəmiyyət kəsb etmir və onsuz yaşaya bilərlər.
Emil Hüseynov
21/05/13 Çap et