Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvanda mobil rabitənin yayılma səviyyəsi 103% təşkil edir
Naxçıvan Muxtar Respublikasında mobil rabitənin yayılma səviyyəsi 103% təşkil edir.
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, hazırda muxtar respublikada hər yüz ailəyə düşən telefon aparatlarının sayı isə 67-yə çatıb.
Ötən ildən etibarən Naxçıvanda tətbiq edilən NGN - üçüncü nəsil stasionar rabitə texnologiyası sayəsində əhaliyə İPTV, videotelefon, internetə sürətli qoşulma ilə yanaşı, çoxlu sayda digər servis xidmətlərindən də istifadə imkanı verilib.
Aynur Vəliyeva
21/05/13 Çap et