Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kuba və Yamayka arasında yeni internet kabeli işə salınıb


Aparıcı internet monitorinq şirkəti olan “Renesys” öz məlumatlarına əsaslanaraq deyib ki, "Venesuela-Kuba" magistral internet kabelinin daha bir seqmenti işə salınıb və o, adanı Yamayka ilə birləşdirib.

Şirkətin məlumatına əsasən, onlar Kuba və Yamayka arasında yeni trafik qeydə alıblar. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, trafik məlumatlarına əsaslanaraq, tərəflər arasında mübadilə təxminən mayın 13-də başlanıb.

Emil Hüseynov




22/05/13    Çap et