Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” hakerlərlə mübarizə üçün 260 min dollar ödəyəcək
“Microsoft” korporasiyası mükafat fondu 260 min dollar olan “BlueHat Prize” müsabiqəsini elan edib. Şirkət, haker hücumlarına əks-təsir üçün yeni həllər təklif edən şəxslərə qeyd olunan məbləğdə mükafat təklif edir.
Hakerlərlə mübarizənin ən effektiv üsulunu təklif edən iştirakçıya 200 min dollar veriləcək. İkinci yerə müsabiqəni təsis edənlər 50 min dollar, üçüncü yer üçün isə 10 min dollar ödəyəcəklər. Korporasiya “Windows” əməliyyat sisteminin təhlükəsizliyinin artırılması üçün yarışçıların ideyalarından istifadə etməyi nəzərdə tutub.
04/08/11 Çap et