Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “Daily Telegraph” qəzetinin “Twitter”-akkauntunu “sındırıblar”


Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən Misir elektron ordusu nüfuzlu Britaniya qəzetlərindən biri olan "Daily Telegraph"-ın "Twitter"-akkauntunu "sındırıblar".

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, onlar eyni zamanda Britaniya nəşrinin "Facebook" səhifəsini də "sındırıblar".

Xatırladaq ki, öncə Misir elektron ordusu analoji hərəkətləri digər KİV-ə qarşı edib, o cümlədən "Financial Times", "The Guardian", "Associated Press", "CBS", "Al Jazeera", "BBC" və "The Onion"un saytları hakerlərin əməllərindən ziyan çəkiblər.

"Sındırılmış" "Twitter"-akkauntlarda Bəşər Əsədi dəstəkləyən təbliğat bəyanatları və guya "sındırılmış" "Daily Telegraph"-ın "Twitter" akkauntlarına, o cümlədən "@TelegraphArt", "@TelegraphFilm", "@Tele_Comedy", "@TelegraphSport и @TelegraphBooks"-a istinadlar yerləşdirilib. "Daily Telegraph"-ın redaksiyasından bildirilib ki, hazırda akkauntlar üzərində nəzarət bərpa olunub.

Aynur Vəliyeva




22/05/13    Çap et