Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

3 ildə səhiyyə sistemində 13 elektron xidmət istifadəyə verilib


Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin fəaliyyətə başlamasından ötən 3 il ərzində “Elektron səhiyyə” sahəsində 13 elektron xidmət istifadəyə verilib.

Ötən müddətdə Səhiyyə Nazirliyinin vahid bazası yaradılıb, tibb müəssisələrinin kompüterlə təmin olunması məsələsi və proqram təminatlarının işlənməsi prosesi intensivləşdirilib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, eyni zamanda ötən dövr ərzində tibb kadrlarının fəaliyyətinə nəzarət gücləndirilib, səhiyyənin əhaliyə xidmət göstərilməsi sahəsində elektron vasitələrin sayı artırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi səhiyyə sahəsində aparılan islahatların tərkib hissəsi kimi, səhiyyə sahəsində informasiya texnologiyalarının geniş tətbiq edilməsi, respublika əhalisinin sağlamlıq monitorinqinin həyata keçirilməsi, eləcə də vahid səhiyyə informasiya mühitinin formalaşdırılması, tətbiq edilməsi, digər informasiya sistemləri və məlumat bazaları ilə əlaqələrin təşkil edilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin 14 may 2010-cu il 32 nömrəli əmri ilə yaradılıb.

HƏQİQƏT




22/05/13    Çap et