Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"iPad 5” planşetinin xüsusiyyətləri məlum olub


“Digitimes”ın Tayvan mənbələri bildirib ki, yeni “iPad 5” planşeti bu ilin sentyabrında satışa çıxarılacaq və dördüncü modeldən çox az fərqlənəcək. Əsas dəyişikliklər ekran və dizayn üzərində aparılıb.

“ICTnews.az” elektron xəbər xidməti “http://hitech.newsru.ru” saytına istinadən bildirir ki, “iPad 5” planşet kompüteri 2048x1536 təsvir ölçülü “Retina” displeylə təchiz ediləcək. Lakin displey daha nazik olacaq: displeyin şüşəsinin qalınlığı 0,2 millimetr olacaq.

“iPad 5”-in sensor paneli “GF2” texnologiyası, yəni iki deyil, bir şüşə lövhəsi ilə hazırlanacaq. Məsələn, “iPad 4” planşetində sensor panel iki şüşə lövhəsindən hazırlanıb.

Mənbələr bildirib ki, yeni planşet modelinin çəkisi əvvəlki ilə müqayisədə 25-33% daha yüngül olacaq. Yeni model bu ilin iyulunda istehsal edilməyə başlanacaq və artıq sentyabrda 2-3 milyon qurğu piştaxtalarda olacaq.

Emil Hüseynov




22/05/13    Çap et