Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
REKORD: Verilənlər saniyədə 40 qiqabit sürətlə ötürüləcək
Alman mühəndisləri 1 kilometr (km) radiusda verilənləri saniyədə 40 qiqabit sürətlə ötürən simsiz şəbəkə işə salmaqla rekord təyin ediblər. Fraunhofer İnstitutu və Karlsruye Texnologiya İnstitutunun alimləri sözügedən nəticəni əldə ediblər.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, bu nailiyyət sayəsində yüksəksürətli internet ucqar regionlarda əlçatan olacaq və nəticədə fiber-optik şəbəkələrin montajına sərf olunan xərclər azalacaq. Alman mühəndislərinin yaratdığı texnologiya, çətin ki, tezliklə işıq üzü görər.
Çox güman ki, “5G” şəbəkə dövrü bu şəbəkənin işə düşməsindən daha tez reallaşacaq.
Emil Hüseynov
22/05/13 Çap et