Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yenə də gömrük nəzarətindən keçməyən mobil telefonlar aşkar edilib


Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Fəqan Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, həmin avtomobildən “Nokia 200”, “Nokia 1280”, “Nokia Asha 305”, “Nokia Asha 308”, “X202”, “Kenxinda M-2”, “Samsung C3322” və “Samsung C3782” markalı, cəmi 60 ədəd mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarlar - 60 ədəd akkumlyator, 60 ədəd qidalandırma cihazı, 60 ədəd karton qutu, 40 ədəd “qulaqcıq” və 5 ədəd USB kabel aşkar edilib.

CAHANGİR




22/05/13    Çap et