Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” Suriya müxalifətinin səhifələrinə girişi bloklayıb


"Facebook" sosial şəbəkəsində Suriya müxalifətinin bır sıra səhifələrinə giriş bloklanıb. Bu barədə "Əl-Ərəbiyə" peyk telekanalı məlumat yayıb.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Firas Tlas" qrupu da bloklanmış səhifələr arasında olub.

Qeyd edək ki, sözügedən səhifəyə həm Bəşər Əsəd, həm də müxalifət üçün çıxış edən on minlərlə suriyalı daxil olurdu.

"Facebook həmişə ünsiyyət vasitəsi və həqiqəti işıqlandıran bir alət olub, lakin hazırda belə deyil" – adıçəkilən cəmiyyətin təsisçilərindən biri telekanala deyib və qeyd edib ki, sosial şəbəkə rəhbərliyi heç bir xəbərdarlıq göndərməyib.

Emil Hüseynov




23/05/13    Çap et