Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Riyaziyyat və İnformatikanın Aktual Problemləri” adlı Beynəlxalq Konfrans keçiriləcək


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, Azərbaycan Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə 29-31 may tarixlərində Bakıda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və İnformatikanın Aktual Problemləri” adlı Beynəlxalq Konfrans keçiriləcək.

2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili ”elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq təşkil edilən konfransın açılışı “Kempinski Hotel Badamdar”da mayın 29-da saat 11:00-da baş tutacaq. Konfransın işi “Riyaziyyat” və “İnformatika” bölmələri üzrə təşkil ediləcək.

Bölmə iclaslarında “Riyaziyyat” üzrə “Funksional Analiz”, “Operatorların Spektral Nəzəriyyəsi”, “Approksimasiya Nəzəriyyəsi”, “Diferensial Tənliklər”, “Harmonik Analiz və Funksiyalar Nəzəriyyəsi”, “Qeyri-Səlis Nəzəriyyə”, “Ehtimal Nəzəriyyəsi və Riyazi Statistika”, “İdarəetmıə Nəzəriyyəsi” müzakirə ediləcək. “İnformatika” bölməsi üzrə mövzulara isə “Süni Neyron Şəbəkələr, Qeyri-Səlis Sistemlər”, “Kompüter Şəbəkələri və Sistemləri”, “Qərar Qəbul Etmə Sistemləri”, “Obrazların Tanınması”, “Təbii Dillərdə Yazılmış Mətnlərin İşlənməsi”, “Proqram Təminatının hazırlanması”, “İnternet Proqramları və Veb-Xidmət”, “İnformasiya Təhlükəsizliyi”, “İnformasiya Texnologiyaları və Kompüter Təhsili” və “Nanotexnologiya” daxildir. Rəsmi dillərinə Azərbaycan, ingilis və rus dilləri daxil olan konfransda plenar çıxışlar - 30 dəqiqə və seksiyalarda məruzələr - 15 dəqiqə nəzərdə tutulur. Ətraflı məlumatı “” www.apmi2013.azjm.org” saytından əldə etmək mümkündür.




23/05/13    Çap et