Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni telefon xətti üçün nömrəni “Elektron hökumət” portalı istifadəçisi özü seçəcək


Artıq əlavə vaxt itkisi sərf etmədən "Elektron hökumət" portalı vasitəsilə "Yeni telefon çəkilişi" adlı elektron xidmətdən yararlanmaq mümkündür. Portalın istifadəçisi bu xidmət vasitəsilə yeni telefonun çəkilməsini sifariş edib, təklif olunan nömrələrdən birini seçərək servis xidmətlərini müəyyənləşdirib, sifarişin xərclərini hesabladıqdan sonra onlayn rejimdə ödəniş apara bilər.

Bunun üçün "www.e-gov.az" Elektron Xidmətlər Portalına daxil olub, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlər siyahısından "Yeni telefon çəkilişi" xidmətin adı seçilməldir. Açılan formanın içində vətəndaş telefon çəkiləcək ünvanın poçt indeksini, dəqiq ünvanını, əgər istifadəçi rabitə müəssisəsinə telefonu təhvil veribsə, həmin arayışın №-sini, əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin N-sini (kupça, order, sərəncam, alqı-satqı müqaviləsi) və sənədin verilmə tarixini daxil etməlidir.

Eyni zamanda həmin sənədi "scan" edib elektron təsvirini ayrıca fayl kimi əlavə etməlidir.

HƏQİQƏT




23/05/13    Çap et