Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda yeni tikilən bütün binalarda alternativ enerji qurğuları quraşdırılacaq
Azərbaycanda yeni tikilən bütün binalarda alternativ enerji qurğuları quraşdırılacaq. Bu barədə Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib. Onun sözlərinə görə, bu tələb ölkədə alternativ enerji mənbələrinin inkişafı ilə bağlı hazırlanan və hazırda layihəsi Prezident Administrasiyasında baxılan strategiyada nəzərdə tutulub:
«Strategiyada nəzərdə tutulur ki, yeni tikilən binaların hamısında alternativ enerji qurğuları olmalıdır». Agentlik rəhbərinin sözlərinə görə, enerji qurğularının quraşdırılması nəticəsində binaların enerjiyə olan tələbatının bir hissəsi həmin qurğuların hesabına təmin ediləcək. Strategiyada nəzərdə tutulan tələblərə əsasən, binaların enerjiyə tələbatının 20%-ə qədəri alternativ enerji ilə təmin olunmalıdır».
RƏVAN
23/05/13 Çap et