Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan internet bazarının doyması müşahidə olunur
Azərbaycanda son bir ildə daxil olan və xaric edilən internet trafikin həcmi iki dəfə artıb.
“ICTnews” xəbər xidmətinin ölkənin aparıcı internet “backbone” şirkəti olan “Delta Telecom”un statistik məlumatlarına istinadən verdiyi məlumata əsasən, bu artım nəticəsində ölkəyə daxil olan trafikin həcmi 35 GB /s-dən 75 Mbit/s-dək, çıxış trafikin həcmi isə 8 GB /s-dən 16 GB /s-dək artıb. Son bir neçə ay ərzində ölkəyə daxil olan trafikin orta sürəti dəyişmədən 60-65 GB/s, çıxış trafikin orta sürəti isə 7-8 GB/s ətrafındadır.
“Delta Telecom” şirkətinin kommersiya direktoru Rahid Ələkbərlinin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu, normal haldır. “Əslində bu cür statistika ildə bir-iki dəfə müqayisə edilməlidir. Hazırda ölkəyə daxil olan və xaric edilən internet trafikinin sürətində müşahidə etdiyimiz stabil vəziyyət bazarın həddindən artıq doyması ilə izah edilir.
Bundan başqa, bu göstəricilərə eyni zamanda digər faktorlar da təsir edir, misal üçün, ilin sonu və ya ayrı-ayrı fəsillər, məzuniyyətlər dövrü və s.”,- deyə o, bazarda müşahidə olunan vəziyyəti belə izah etdi.
Aynur Vəliyeva
23/05/13 Çap et