Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ethernet” texnologiyasının yaranmasından 40 il ötür


Ehtimal ki, əksər insanlar hesab edir ki, "Ethernet" – bu, sadəcə hər iki tərəfdən telefon konnektoru ilə sıxılmış kabeldir. Lakin "Ethernet" daha böyük əhəmiyyət kəsb edir. O, simsiz şəbəkələrin populyarlığına baxmayaraq, hələ də şəbəkələrə qoşulmaq üçün ən geniş yayılmış texnologiyadır.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bu gün "Ethernet" texnologiyasının yaranmasından 40 il ötür. Hamı tərəfindən qəbul edilmiş fikrə görə, "Ethernet" texnologiyası 1973-cü il mayın 22-də (Robert Metkalf sözügedən texnologiyanın potensialı haqqında "Xerox PARC"-ın direktoruna məlumat vərəqəsi tərtib edib) ixtira edilib.

Lakin Metkalf yalnız bir neçə il sonra "Ethernet" texnologiyası üzərində qanuni hüquq əldə edib. 1976-cı ildə o və assistenti Devid Boqqs "Ethernet: Distributed Packet-Switching For Local Computer Networks" adlanan kitabça dərc ediblər. Metkalf 1979-cu ildə "Xerox"-u tərk edərək kompüter və lokal hesablama şəbəkələrinin inkişaf etdirilməsi üçün "3Com" şirkətinin əsasını qoyub.

O, "DEC", "Intel" və "Xerox" şirkətlərini birgə işləməyə və "Ethernet" (DIX) standartını hazırlamağa inandırmağa nail olur. Ötən illər ərzində "Ethernet" inkişaf etmiş, həmçinin şəbəkələrdə verilənlərin ötürülməsi sürəti artıb.

Emil Hüseynov




23/05/13    Çap et