Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter”də təhlükəsizlik gücləndirilib
"Twitter" mikrobloqlar xidmətində istifadəçilərin hesablarını "SMS" vasitəsilə qorumağa imkan verən ikipilləli autentifikasiya istifadəyə verilib. Yeni funksiya haqqında mayın 22-də "Twitter"in rəsmi bloqu məlumat yayıb.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, təhlükəsiz rejimin aktivləşdirilməsi üçün istifadəçi hesab sazlamalarında mobil telefonun nömrəsini göstərməlidir.
Gələcəkdə, "Twitter"ə giriş zamanı istifadəçi yalnız loqin və parolunu deyil, həm də SMS ilə göndərilmiş təsadüfi kodu daxil etməli olacaq. Sözügedən yenilik böyük media hesablarının "sındırılması" seriyasından sonra istifadəyə verilib.