Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HTC” şirkəti iki SIM kart dəstəkləyən smartfon təqdim edib
Tayvanın "HTC" şirkəti iki aktiv SIM kart dəstəkləyən "Desire 600" smartfonunu təqdim edib. Aparat 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli və 8 QB daxili yaddaş, "microSD" kartları üçün slot, 8 meqapiksellik əsas və 1,6 meqapiksellik ön kameralar, 1860 milliamper/saat tutumunda çıxarıla bilən batareya ilə təchiz edilib.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Desire 600" smartfonunda ekranın diaqonalı 4,5 düym, təsvir ölçüsü isə 540×960 nöqtədir. Aparatın ölçüləri 134,8×67×9,26 millimetr, çəkisi 130 qramdır.
Emil Hüseynov
23/05/13 Çap et