Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Batareyaların həcmi üç dəfə artırılacaq


Seul Milli Universitetində işləyən mütəxəssislər qrupunun professor Xyon Txek Xvanın rəhbərliyi altında hazırladığı texnologiya litium ion batareyalarının tutumunu ən azı üç dəfə artırmağa imkan verir. Bu barədə Cənubi Koreyanın "Renxap" agentliyi məlumat yayıb.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, yeni texnologiya sayəsində ion batareyaları həm də dəfələrlə enerji ilə doldurulmaq xüsusiyyəti əldə edib.

Litium-ion batareyaları müasir elektronika üçün ən səmərəli "qida" mənbələrindən biri sayılır və çoxsaylı qurğularda (smartfonlardan avialaynerlərə qədər) istifadə edilir.

Emil Hüseynov




24/05/13    Çap et