Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nağdsız ödənişlərdə əlavə dəyər vergisi aradan qaldırılır


Ölkədə nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı hazırlanan tədbirlər paketi bu ayın sonuna kimi Azərbaycan Prezidentinə təqdim olunacaq.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən tədbirlər paketini Mərkəzi Bank və Vergilər Nazirliyi birgə hazırlayıb. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlama verərkən deyib ki, hazırda təkliflər paketi hökumətin iqtisadi qurumlarında fəal müzakirə mərhələsindədir.

O qeyd edib ki, təkliflər nağd hesablaşmalar üzrə müəyyən məhdudlaşdırmaların tətbiqini, nağdsız ödənişlərin stimullaşdırılmasını və s. ehtiva edir: «Biz hesab edirik ki, bu tədbirlərin mərhələ-mərhələ reallaşdırılması gözlənilən nəticələrə, xüsusilə də nağd hesablaşmaların xeyli azalmasına gətirib çıxaracaq».

Nağdsız ödənişləri stimullaşdıracaq daha bir addım isə vergi məsələləridir. Belə ki, hazırlanan paketdə nağdsız ödənişlərin əlavə dəyər vergisindən azad olunması ideyası irəli çəkilib. Bununla vətəndaşların nağdsız ödənişlərə marağının daha da artacağı planlaşdırılır.

SEYMUR




24/05/13    Çap et