Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş marka buraxılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin yubileyinə həsr olunmuş poçt markasını təqdim edib.
Şairənin yaradıcılığının 900 illiyi münasibətilə buraxılan markanın üzərində portreti təsvir olunub. Sözügedən markanın nominal dəyəri 60 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Bununla yanaşı, şairənin yubileyi YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına daxil edilib. Bir neçə gün öncə Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə dünyanın nüfuzlu qurumunun mənzil-iqamətgahında görkəmli Azərbaycan şairəsinin 900 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.
CAHANGİR
24/05/13 Çap et