Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyada “V Kontakte” sosial şəbəkəsi bağlanıb


Rusiya ərazisində “V Kontakte” sosial şəbəkəsinin domeni qadağan edilmiş saytların reyestrinə daxil edilib.

“ICTnews” xəbər xidmətinin “www.lenta.ru” saytına istinadən verdiyi məlumata əsasən, “*.vk.com” domeni Roskomnadzorun qərarına əsasən mayın 24-dən reyestrə daxil edilib. Artıq bir neçə regionun istifadəçiləri, o cümlədən Sankt-Peterburqdan olan istifadəçilər, resursun işləmədiyini bildiriblər. Roskomnadzorun rəsmi nümayəndəsi Vladimir Pikov bildirib ki, idarənin mütəxəssisləri hazırda bu domenin reyestrə düşməsi səbəbini müəyyən edirlər. Onun sözlərinə əsasən, “vəziyyət qeyri-məlumdur”.

Sosial şəbəkənin mətbuat xidmətində bu məsələni şərh etməkdən imtina ediblər. Adətən bu reyestrə arzuolunmaz kontent yerləşdirilən saytlar daxil edilir. “Antizapret.info” saytının məlumatına əsasən, sosial şəbəkənin bu siyahıya daxil edilməsi səbəbi “Uşaq dəbi” qrupundan olan, duşda geyimsiz qız uşağının şəkli olub. Mart ayının sonunda “Uşaq dəbi” qrupunun saytı bağlanıb.

Öncə bu siyahıya «Odnoklassniki» və “Google” kimi iri resurslar daxil edilib, lakin sonra texniki nasazlıq əsas gətirilərək yenidən istifadəyə verilib.

Aynur Vəliyeva




24/05/13    Çap et