Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal proqram təminatı bazarı inkişaf edir


Nüfuzlu "International Data Corporation" (IDC) analitik şirkəti qlobal proqram təminatı bazarına dair proqnozunu açıqlayıb. Ekspertlər qeyd ediblər ki, 2012-ci ildə sözügedən seqmentdə artım tempi 3,6% azalıb ki, bu da 2010 və 2011-ci ildə qeydə alınmış artım göstəricilərindən 50%-dən azdır.

Qlobal proqram təminatı bazarının orta artım mərhələsinə qədəm qoyması 2013-cü ildə artım tempinin 5,7% səviyyəsində olacağını proqnozlaşdırmağa əsas verir.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mütəxəssislərin fikrincə, cari ildə birgə iş üçün proqram təminatı (collaborative applications software) ən sürətli inkişaf edən kateqoriya olacaq.

Uzunmüddətli perspektivdə strukturlaşdırılmış verilənlərin idarə edilməsi üçün proqram təminatı kateqoriyasında ən dinamik artım gözlənilir.

Emil Hüseynov




24/05/13    Çap et