Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Milli Məclis pasportlara elektron çiplərin yerləşdirilməsi vaxtını dəyişdirir
Parlamentdə "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, müzakirənin aparılmasına başlıça səbəb texniki məsələlər olub. Belə ki, Daxili işlər orqanlarından dəyişiklik edilməsi ilə bağlı Milli Məclisə müraciət göndərilib. Parlamentin iclasında bildirilib ki, adıçəkilən qurumlar yeniliklərin tətbiqi üçün müəyyən texniki işlərin aparılmasına ehtiyac olduğunu və buna zaman lazım olduğunu bildiriblər.
Qanun layihəsi Azərbaycanda pasportlara elektron çiplərin yerləşdirilməsinə başlanması vaxtı dəyişdirilməsini nəzərdə tutur. Məlumat üçün bildirək ki, bu günə qədər qüvvədə olan qanunda pasportlara elektron çiplərin yerləşdirilməsi vaxtı dəqiq göstərilib.
Həmin qanunda qeyd olunur ki, 2013-cü il iyunun 1-dən pasportda elektron daşıyıcı (çip) yerləşdirilməsi, elektron daşıyıcıya (çipə) pasport sahibinin imzası istisna olmaqla onun barəsində məlumatlar, pasport sahibinin üz təsviri və barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilməlidir. Parlamentin müzakirəsinə çıxarılacaq dəyişikliyə görə isə bu tarix sentyabrın 1-nə təyin ediləcək.
SEYMUR
24/05/13 Çap et